logo

FHN amfibiya təyyarəsini Türkiyəyə köməyə göndərdi

17:07 23-06-2022 | icon 1666
FHN amfibiya təyyarəsini Türkiyəyə köməyə göndərdi

Türkiyə Respublikasının Muğla bölgəsində hazırda irimiqyaslı meşə yanğınları davam edir. Yanğınların söndürülməsində iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.

YeniAvropa xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibə verən FHN-in Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov təyyarənin ötən il də Türkiyədə baş verən yanğının söndürülməsinə kömək göstərdiyini xatırladıb.

“Bu, yanğınların söndürülməsində ən müasir təyyarədir. Təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə qabiliyyətinə malikdir. Təyyarə bu gündən qardaş ölkədə yanğınların söndürülməsində iştirak edəcək”, - deyə Ə.Qasımov qeyd edib.