logo

Azərbaycanda dövlət qulluqçuları peşə bayramını qeyd edir

09:19 23-06-2022 | icon 7385
Azərbaycanda dövlət qulluqçuları peşə bayramını qeyd edir

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

 YeniAvropa xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib.

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.