Ali Məhkəmə Əli Əliyevin kassasiya şikayətini təmin etmədi
Ali Məhkəmə xüsusi ittiham qaydasında həbs edilən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin kassasiya şikayətini təmin etməyib.
YeniAvropa xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib. Bildirib ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosersdə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdiirlmədən saxlanılıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin(DSX) "Mi-17" tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.
Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da "YouTube"də yayınlanan “Osmanqızı TV” kanalında çıxışı zamanı yaralıların DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən öyrədilməsi, zərərçəkmişlərin helikopterdə olmamaları, zərərçəkmişləri ağır cinayətin törədilməsində ittiham etməsi, helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.
Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci(böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər.
E.Cəfərovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyev barəsində 5 ay həbs cəzası verilib.
Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
Azərbaycan nefti 91,53 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Binəqədi-Balaxanı şossesində aşan yük maşını,yolda sıxlıq yaratdı
Sabah Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
Rusiya sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk edir
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir
Sabah Bakıda 26° isti olacaq
Bakı-Dubay reysi ilə uçan AZAL-ın təyyarəsi yarıyoldan qayıdıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib
Bu gün Xaçmaza elektrik enerjisi verilməyəcək-Səbəbi?
Portuqaliya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub
Hadı Rəcəbli vəfat edib
Paytaxtda avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs saxlanılıb
Tovuz istiqamətində kəşfiyyat uçuşu edən kvadrokopter zərərsizləşdirilib
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır-XİN
Qırğızıstan "TikTok"u qadağan edir