logo

İranın idman və gənclər naziri Azərbaycana səfərə gəlir

10:50 22-06-2022 | icon 1855
İranın idman və gənclər naziri Azərbaycana səfərə gəlir

Bu gün İranın idman və gənclər naziri Seyid Həmid Səccadi Azərbaycana səfərə gəlir.

YeniAvropa xəbər verir ki, səfərdə məqsəd Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının(İƏT) gənclər və idman nazirlərinin Daimi Şurasının iclasında iştirak etməkdir.

Bununla yanaşı, Seyid Həmid Səccadi bir sıra rəsmi görüşlər də keçirəcək. Görüşlərdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.