logo

Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub

16:56 21-06-2022 | icon 1694
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 793 min 36 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 181 nəfər müalicə olunaraq sağalıb, 9 min 716 nəfər vəfat edib. Aktiv xəstə sayı 139 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 646, bu günə qədər isə ümumilikdə 6 milyon 942 min 791 test icra olunub.