logo

Baş nazir istefa verdi, amma prezident qəbul etmədi

13:53 21-06-2022 | icon 1050
Baş nazir istefa verdi, amma prezident qəbul etmədi

Fransa prezidenti Emmanuel Makron ölkənin baş naziri Elizabet Bornun istefasını qəbul etməyib.

YeniAvropa Fransa mediasına istinadla xəbər verir ki, Elizabet Bornun istefası məsələsini şərh edən prezident hökumətin öz işini görməli olduğunu deyib.

Fransa lideri konstruktiv həll yollarını tapmaq üçün siyasi partiya liderləri ilə görüş keçirməyi planlaşdırır.

Qeyd edək ki, Fransa parlamentinə iyunun 19-da keçirilən seçkilərin ikinci turunda 577 yerdən yalnız 245-ni qazanan Emmanuel Makronun “İntibah” (Renaissance) bloku parlamentin aşağı palatasında mütləq çoxluğu itirib. Sol qüvvələrin “Yeni Ekoloji və Sosial Xalq Birliyi” koalisiyası və Marin Le Penin ifrat sağçı “Milli Birlik” partiyası isə seçkiləri uğurla başa vurub.