logo

“Qarabağ” monteneqrolu yarımmüdafiəçi ilə üçillik müqavilə imzalayıb

12:52 21-06-2022 | icon 3647
“Qarabağ” monteneqrolu yarımmüdafiəçi ilə üçillik müqavilə imzalayıb

Ağdamın “Qarabağ” futbol klubu İsrailin “Hapoel Təl-Əviv” komandasından Marko Yankoviçi transfer edib.

YeniAvropa  klubun rəsmi saytına istinadla xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb.

Futbolçu yeni komandasında 8 nömrəli formanı geyinəcək.