logo

Qarabağda daha 1 tona yaxın çətənə kolu məhv edilib

11:11 21-06-2022 | icon 749
Qarabağda daha 1 tona yaxın çətənə kolu məhv edilib

Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan  YeniAvropa-ya bildirilib ki, tədbir zamanı işğaldan azad edilmiş Zoğalbulaq kəndinin ərazisindəki meşə massivində yabanı halda bitmiş çəkisi 1 tona yaxın olan 2156 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Xatırladaq ki, ötən gün Qubadlı rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər zamanı rayonun işğaldan azad edilmiş Bəxtiyarlı kəndinin ərazisində yabanı halda bitmiş, çəkisi 2 tondan artıq olan 7856 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.