logo

Bakıda zəncirvari qəzada xəsarət alan olub

21:41 20-06-2022 | icon 1631
Bakıda zəncirvari qəzada xəsarət alan olub

Bakıda üç maşının toqquşması ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində, Türkiyə səfirliyinin qarşısında qeydə alınıb.

 Qəza zamanı sürücülərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.