logo

Toylara görə “icaze.e-gov.az” portalına məlumat daxil edilməsi ləğv olunur

20:50 20-06-2022 | icon 1736
Toylara görə “icaze.e-gov.az” portalına məlumat daxil edilməsi ləğv olunur

Cari ilin iyunun 21-dən etibarən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ləğv olunur.

 YeniAvropa xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərarında deyilir.