logo

Soydaşlarımız Ukraynanın müdafiəsində göstərdikləri xidmətə görə təltif olunublar

19:20 20-06-2022 | icon 756
Soydaşlarımız Ukraynanın müdafiəsində göstərdikləri xidmətə görə təltif olunublar

Ukraynanın Nikolayev şəhərində müharibə zamanı şəhərin müdafiəsində göstərdikləri xidmətə görə bəzi soydaşlarımız fəxri fərmanla təltif ediliblər.

 YeniAvropa xəbər verir ki, cənub cəbhəsində ön xətt hesab edilən Nikolayev meri Oleksandr Senkevic Ukrayna Azərbaycanlıları Radasının(UAR) vilayət üzrə təmsilçisi Zaur Ağabəyov və onun şəhər Radasının deputatı olan oğlu Ramil Ağabəyovu şəhərin müdafiəsində göstərdikləri xidmətlərə görə fəxri fərmanla təltif edib.

Ukrayna vətəndaşı olan soydaşlarımız Rusiyanın Ukrayna üzərində başladığı hərbi əməliyyatlar zamanı xüsusilə humanitar yardımlarda aktiv iştirak ediblər.