logo

“Azercell” məhsulları artıq “Azərpoçt” məntəqələrində!

17:37 20-06-2022 | icon 875
“Azercell” məhsulları artıq “Azərpoçt” məntəqələrində!

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan ölkənin lider mobil operatoru “Azercell Telekom” abunəçiləri üçün rahat bağlantını təmin etmək məqsədilə mobil operatorlar arasında ilk dəfə olaraq “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət ilə yeni formatda əməkdaşlığa başlayır. Belə ki, hazırda Bakı və Abşeron üzrə “Azərpoçt” məntəqələrində “Azercell”in ödəmə kartları və digər xidmətlərinin göstərilməsi artıq təmin olunub. Xidmətlərin gələcəkdə bütün ölkəni əhatə etməsi nəzərdə tutulur. Qeyd edək ki, həmin məntəqələrdə xüsusi təlim keçmiş “Azərpoçt” əməkdaşları abunəçilərin “Azercell” xidmətləri ilə bağlı suallarını cavablandıracaq, bir çox müştəri əməliyyatlarını həyata keçirə biləcəklər.

Paytaxt və bölgələr boyu fəaliyyət göstərən “Azercell” Müştəri Xidmətləri Mərkəzləri, “Azercell” eksklüziv ofisləri və “Azercell”in rəsmi diler məntəqələrində abunəçilər üçün mümkün olan xidmət çeşidləri yaxın zamanda “Azərpoçt” məntəqələri vasitəsilə də vətəndaşlara tətbiq ediləcək.

Xatırladaq ki, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə ənənəvi poçt xidmətləri, bank, sığorta və s. kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və s. kimi maliyyə xidmətləri, eləcə də, elektron hökumət və biznes xidmətlərini təqdim edir. Ölkəmizin ən qədim rabitə qurumu olan “Azərpoçt” ilə ölkənin aparıcı mobil rabitə operatoru “Azercell Telekom”un əməkdaşlığı hər iki təşkilat üçün əhaliyə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.