logo

Paytaxtda ana özünü 6-cı mərtəbədən yıxılan  övladının ardınca atıb

14:54 20-06-2022 | icon 2373
Paytaxtda ana özünü 6-cı mərtəbədən yıxılan  övladının ardınca atıb

Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib. Qeyd edilib ki, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti sabitdir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.