logo

Paytaxtda 16 kq narkotikanı qəbiristanlıqda gizlədən şəxs tutulub

14:34 20-06-2022 | icon 1771
Paytaxtda 16 kq narkotikanı qəbiristanlıqda gizlədən şəxs tutulub

Paytaxtın Xətai rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, rayon polis idarəsinin əməkdaşları ötən gün keçirdikləri növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb. Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisindəki qəbiristanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkarlanıb. Qeyd edilən faktla əlaqədar idarənin istintaq şöbəsində cinayət işi başlanılıb. Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.