logo

Bərdədə 60 yaşlı kişi əvvəlcə həmkəndlisini, sonra özünü güllələdi

09:49 20-06-2022 | icon 490
Bərdədə 60 yaşlı kişi əvvəlcə həmkəndlisini, sonra özünü güllələdi

Bərdə rayon Prokurorluğu Bərdədə 33 yaşlı kişinin qətli ilə bağlı açıqlama yayıb.

Prokurorluqdan YeniAvropa-ya daxil olan açıqlamada deyilir:

"İyunun 18-i saat 13 radələrində Bərdə rayonu Şatırlı kənd sakini 1989-cu il təvəllüdlü Anar Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1962-ci il təvəllüdlü Namiq Hüseynovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Anar Hüseynovu qəsdən öldürməsinə, daha sonra həmin tüfəngdən özünün baş nahiyəsinə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".