logo

Azərbaycan Bolqarıstana qaz ixrac etməyə başlayıb

22:22 19-06-2022 | icon 9219
Azərbaycan Bolqarıstana qaz ixrac etməyə başlayıb

Azərbaycan qazının yeni Bolqarıstan-Yunanıstan qaz kəmərinə vurulmasına başlanılıb.

YeniAvropa Bolqarıstan KİV-lərinə istinadla xəbər verir ki, iyun ayının sonunadək kəmərə sınaq miqdarında qaz vurulucaq, bundan sonra iyulun 1-dən başlayaraq, tədarük tam həcmdə həyata keçiriləcək. Bolqarıstan il ərzində 1 milyard kubmetr Azərbaycan qazı almalıdır.

Sistemlərarası IGB (Interconnector Greece-Bulgaria) qaz boru kəməri “Bulqartransqaz” kompaniyasının milli qaz şəbəkəsini yunan qaz şəbəkəsi ilə birləşdirir. Bolqarıstan ərazisində uzunluğu 140 kilometr olan qaz kəməri ildə 3 milyard kubmetrə hesablanıb və gələcəkdə tədarük həcmi 5,5 milyard kubmetrə qədər genişləndiriləcək. Kəmərin layihə dəyəri ƏDV nəzərə alınmadan 145 milyon avrodur.

IGB Transadriatik (TAP) qaz kəmərindən Yunanıstan milli qaz sisteminə, sonradan isə üzən reqazifikasiya qurğusu ilə Aleksandrupolis limanına bağlanacaq. Bununla yanaşı, IGB gələcəkdə təbii qazı Yunanıstandan Bolqarıstana, oradan isə Serbiya, Şimali Makedoniya, Rumıniya və Macarıstana, həmçinin Ukraynaya çatdırmağı planlaşdırır.