logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 852 min nəfəri ötüb

19:19 19-06-2022 | icon 3353
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 852 min nəfəri ötüb

İyunun 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 min 265 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 198, ikinci doza vaksinlərin sayı - 148, üç və daha çox doza vaksinlərin sayı – 802, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 117-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 753 min 387, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 352 min 263, ikinci mərhələ üzrə 4 milyon 852 min 231, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 300 min 756, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 248 min 137-dir.