logo

Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxub

18:39 19-06-2022 | icon 3318
Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxub

Azərbaycanda yeni növ koronavirus(COVID-19) infeksiyasına son sutkada 25 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 793 min 10 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 164 nəfər müalicə olunaraq sağalıb, 9 min 716 nəfər vəfat edib. Aktiv xəstə sayı 130 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2312, bu günə qədər isə ümumilikdə 6 milyon 938 min 655 test icra olunub.