logo

Karateçilərimiz Avropa çempionatının finalında mübarizə aparacaqlar

16:56 19-06-2022 | icon 2485
Karateçilərimiz Avropa çempionatının finalında mübarizə aparacaqlar

Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, Azərbaycanın 16-17 və 21 yaşadək gənclərdən ibarət seçmə komandasının iki üzvü qitə çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq. Belə ki, bu yaş qruplarında Vahid Həsənov (+76 kg) və Hüseyn Məmmədli finala yüksəliblər.

Həlledici görüşlərdə V.Həsənov Lazar Potpara(Monteneqro) ilə, Hüseyn Məmmədli isə Younes Oualadla(Belçika) qarşılaşacaq.

Xatırladaq ki, bazar günü finalda Əzim Rahib(70+ kg) Aleksandr Davies (Lüksemburq), bürünc medal görüşündə Fatimə Məmmədova(47 kg) Alyona Kahveçi (Türkiyə), Aslan Dostuyev isə Aleksis Tsangarasla(Kipr) görüşəcək.

Yarışda 48 ölkədən 1064 idmançı iştirak edir.