logo

NATO Putinə nüvə müharibəsi ilə bağlı xəbərdarlıq edib

15:55 19-06-2022 | icon 1288
NATO Putinə nüvə müharibəsi ilə bağlı xəbərdarlıq edib

"NATO Rusiya prezidenti Vladimir Putinə nüvə müharibəsinə başlamamaqla bağlı xəbərdarlıq edib”.

YeniAvropa xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq "Bild" nəşrinə müsahibəsində"deyib.

"Rusiyanın nüvə qüvvələrinin daha yüksək hazırlıq səviyyəsini görmürük. Bununla belə, Rusiya tərəfindən nüvə silahlı ilə cingildəmə təhlükəli və məsuliyyətsizdir. Putin bilməlidir ki, nüvə müharibəsi qalib gələ bilməz və heç vaxt aparıla bilməz. Rusiyaya açıq mesajımız budur: NATO bütün üzv dövlətləri müdafiə edir", - deyə NATO-nun baş katibi vurğulayıb.

Y.Stoltenberq həmçinin etiraf edib ki, Ukraynada müharibə illərlə uzana bilər, buna görə də ona dəstək dayandırıla bilməz.