logo

Şuşada IX Qlobal Bakı Forumunun panel iclası keçirilir

12:22 19-06-2022 | icon 5299
Şuşada IX Qlobal Bakı Forumunun panel iclası keçirilir

Xəbər verdiyimiz kimi, Azərbaycan işğaldan azad edilmiş ərazilərinə iyunun 19-da səfər edən IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər.

YeniAvropa xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda təşkil olunun IX Qlobal Bakı Forumunun Şuşada panel iclası işə başlayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən iclasda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafı istiqamətində görülən işlər, eləcə də ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə olunur.