logo

Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

13:13 19-06-2022 | icon 8512
Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub.

YeniAvropa xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.