logo

Moldovada Rusiya xəbər proqramlarının yayımı qadağan edilib

10:33 19-06-2022 | icon 2289
Moldovada Rusiya xəbər proqramlarının yayımı qadağan edilib

Moldovada Rusiya xəbər proqramlarının ölkədə yayımını qadağan edən qanun imzalanıb. Yeni sənəd gələn həftə qüvvəyə minəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Moldova Respublikası Televiziya və Radio Şurasının rəhbəri Liliana Vitsu məlumat verib.

Qeyd edib ki, bu barədə yeni qanunu Moldova prezidenti Maya Sandu imzalayıb.

Liliana Vitsu Moldova hökumətinin Ukraynadakı vəziyyətlə bağlı belə sərt tədbirlər gördüyünü vurğulayıb. O, eyni zamanda, Moldova mediasında ən çox dezinformasiyanın seçkiqabağı dövrdə müşahidə olunduğunu etiraf edib.