logo

Xaçmazda 50 yaşlı qadın ağacdan yıxılaraq ölüb

14:14 18-06-2022 | icon 3164
Xaçmazda 50 yaşlı qadın ağacdan yıxılaraq ölüb

Xaçmaz rayonunda 50 yaşlı qadın ağacdan yıxılaraq ölüb.

 YeniAvropa xəbər verir ki, hadisə rayonun Tel kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1972-ci il təvəllüdlü Əhmədova Pərvanə Teyfur qızı ehtiyatsızlıqdan ağacdan yıxılıb. Bu zaman ağacın altındakı istifadəsiz qalan soyuducunun üzərinə düşüb. Daha sonra o, şüşə qırıntılarından ağır dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, P.Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

O, qanitirmədən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.