logo

Bakıda çoxmərtəbəli binada lift qırılaraq şaxtaya düşdü-6 nəfər xəsarət aldı

11:31 18-06-2022 | icon 2128
Bakıda çoxmərtəbəli binada lift qırılaraq şaxtaya düşdü-6 nəfər xəsarət aldı

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var.

YeniAvropa xəbər verir ki, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.

Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.