logo

Nikolas Maduronun Azərbaycana işgüzar səfəri başa çatıb

20:10 17-06-2022 | icon 8939
Nikolas Maduronun Azərbaycana işgüzar səfəri başa çatıb

Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun Azərbaycan Respublikasına işgüzar səfəri iyunun 17-də başa çatıb.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Nikolas Maduronu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.