logo

Boris Conson yenidən Ukraynaya səfər edib

19:49 17-06-2022 | icon 1239
Boris Conson yenidən Ukraynaya səfər edib

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları başlayandan bəri ikinci dəfə Kiyevə səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində məlumat verib.

"Bu müharibənin bir çox günü Böyük Britaniyanın Ukraynaya dəstəyinin qəti və qətiyyətli olduğunu sübut etdi. Ölkəmizin böyük dostu Boris Consonu yenidən Kiyevdə görməyə şadam", - deyə Zelenski əlavə edib.

Səfər çərçivəsində Zelenski ilə Consonun görüşü olub, regiondakı vəziyyət müzakirə edilib.