logo

Azərbaycanda əhalisinin sayı 10 milyon 173 min nəfəri ötüb

19:15 17-06-2022 | icon 1799
Azərbaycanda əhalisinin sayı 10 milyon 173 min nəfəri ötüb

İlin əvvəlindən ölkə əhalisinin sayı 16 min 812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10 milyon 173 min 178 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini isə kənd sakinləri təşkil edib. Kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub.