logo

İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

17:27 17-06-2022 | icon 1848
İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

Prezident İlham Əliyev iyulun 17-də İsrailin sabiq baş naziri Ehud Barakı qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə paytaxtımızda keçirilən IX Qlobal Bakı Forumunun önəmi vurğulandı. Bu tədbirin beynəlxalq əhəmiyyətli mühüm məsələlərin müzakirə edilməsi üçün geniş imkanlar yaratdığı bildirilib.

Forumun çox yüksək səviyyədə təşkil olunduğu və burada iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən çox sayda qonağın ölkəmizə gəldiyi məmnunluqla qeyd olunub. Bildirilib ki, Forum beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verir.