logo

Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxdu

16:16 17-06-2022 | icon 3486
Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 34 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 145 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 99 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1899, bu günə qədər isə ümumilikdə 6 milyon 934 min 154 test icra olunub.