logo

ANAMA-nın minaya düşən əməkdaşının  ayağı amputasiya edilib

13:31 17-06-2022 | icon 889
ANAMA-nın minaya düşən əməkdaşının  ayağı amputasiya edilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iyunun 17-də səhər saatlarında Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşən əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu ilə bağlı yeni məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, piyada əleyhinə minaya düşən R.Vəliyev rayon xəstəxanasına yerləşdirilib.

Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya edilib.

Hazırda vəziyyəti stabildir.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.