logo

Şuşada 960 şagird yerlik məktəb yeni tədris ilinə hazır olacaq

13:13 17-06-2022 | icon 5299
Şuşada 960 şagird yerlik məktəb yeni tədris ilinə hazır olacaq

İşğaldan azad olunmuş ərazilərdə 2021-2022-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin tikintisi, bərpası və əsaslı təmiri işlərinə başlanılıb.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki,Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin yeni tədris ilində təhvil verilməsi nəzərdə tutulub.

Şuşa Real Məktəbinin bərpa-gücləndirmə və əsaslı təmiri ilə bağlı konsept layihəsi hazırlanıb, layihələndirmə işlərinə başlanılıb.

Ağdam şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikinti işlərinə başlanılıb, ilin sonunda təhvil verilməsi nəzərdə tutulub.

Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, bu rayon üzrə 960 şagird yerlik Yuxarı Mərcanlı kənd məktəbinin də təməli qoyulub.

Füzuli şəhərində 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Həmçinin 700 yerlik peşə liseyinin layihələndirilməsi və tikintisi ilə bağlı işlərə başlanılması nəzərdə tutulur.

Tərtər rayonu Suqovuşan qəsəbə 144 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanıb.