logo

Gürcüstanın sabiq Prezidenti:“Əgər Rusiya Ukraynada uğur qazansa..”

20:10 16-06-2022 | icon 1568
Gürcüstanın sabiq Prezidenti:“Əgər Rusiya Ukraynada uğur qazansa..”

“Bu müharibədə əgər Rusiya uğur qazansa, yalnız Ukrayna, Gürcüstan, Azərbaycan deyil, hamımızın həyatı fəlakətlə üzləşəcək”.

YeniAvropa xəbər verir ki, bu fikri Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhükəsizlik strukuruna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, ukraynalılar Gürcüstanın, avropalıların təhlükəsizliyi üçün müharibə aparır: “Əgər onlar məğlub olsa, bu təhlükəsizlik də olmayacaq. Ona görə də biz buna qarşı nəsə etməliyik”, - keçmiş dövlət başçısı söyləyib.