logo

Venesuela prezidenti Nikolas Maduro Azərbaycana işgüzar səfərə gəlib

19:20 16-06-2022 | icon 1540
Venesuela prezidenti Nikolas Maduro Azərbaycana işgüzar səfərə gəlib

Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro iyunun 16-da Azərbaycana işgüzar səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Venesuela prezidentini Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.