logo

Ukrayna prezidenti Madriddə keçiriləcək NATO Sammitinə dəvət olunub

18:48 16-06-2022 | icon 1218
Ukrayna prezidenti Madriddə keçiriləcək NATO Sammitinə dəvət olunub

NATO-nun iyunun 29-30-da Madriddə keçiriləcək Sammitində Ukrayna Prezidenti Volodimir Zelenski də dəvət edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq məlumat verib.

O, Ukrayna prezidentinin bütün liderlərə müraciət etmək üçün Sammitə dəvət olunduğunu vurğulayıb. “Sammitdə iştirak etsəniz çox şad olarıq, lakin bunu edə bilmirsinizsə, videokonfrans vasitəsilə müraciət edə bilərsiniz. Biz sizdən xəbər gözləyirik”, - deyə Alyansın baş katibi qeyd edib.

İyunun 16-17-də Brüsseldə NATO-nun müdafiə nazirlərinin Madrid Sammitinə hazırlıq xarakteri daşıyan və Ukraynaya silah tədarükü, habelə Alyansın şərq cinahının müdafiəsinin gücləndirilməsi məsələlərinə həsr olunan iclası keçirilir.

Y.Stoltenberq bildirib ki, NATO Ukraynanın müasir ağır silahlarla təchiz olunmasının zəruriliyini dərk edir.