logo

Prezident Azərbaycanın NATO-dakı nümayəndəsini vəzifəsindən geri çağırıb

17:17 16-06-2022 | icon 1491
Prezident Azərbaycanın NATO-dakı nümayəndəsini vəzifəsindən geri çağırıb

Prezident İlham Əliyev iyunun 16-da Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısının vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir: "Qaya Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılsın".