logo

"Azercell"in yüksək sürətli internetinə metroda xüsusi güzəşt!

17:07 16-06-2022 | icon 2597
"Azercell"in yüksək sürətli internetinə metroda xüsusi güzəşt!

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan "Azercell", rəqəmsal dünyanın hədsiz imkanlarını abunəçiləri üçün daha yaxın etmək məqsədilə xüsusi kampaniyaya başlayır.

YeniAvropa xəbər verir ki,  15 iyun 2022-ci il tarixindən etibarən "Azercell abunəçiləri 0,59 AZN ödəməklə 3GB həcmində yüksək sürətli 1 saatlıq internet paketi əldə edəcəklər. Kampaniyadan yararlanmaq üçün "M" açar sözünü 2525-ə göndərmək lazımdır.

Məlumat üçün bildirək ki, metronun 24 stansiyası və tunelləri "Azercell"in 4G şəbəkəsi ilə əhatə edilib. "Azercell" abunəçiləri hətta qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet xidmətlərindən istifadə edərək yazışa, videolar izləyə və musiqi dinləyə bilərlər.

"Azercell"in yüksək keyfiyyətli 4G şəbəkəsi "Neftçilər", "Qara Qarayev", "Koroğlu" , "Həzi Aslanov", "Əhmədli" , "Xalqlar Dostluğu", "Ulduz", "Nəriman Nərimanov", "Gənclik", "28 May", "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi", "Memar Əcəmi-2"(Bənövşəyi xətt), "Avtovağzal", "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül", "Cəfər Cabbarlı", "Xətai", "Sahil" və "İçərişəhər" stansiyalarında, eləcə də bu stansiyaların tunellərində aktivdir.

Kampaniya haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/internet/metro-internet-pack.html səhifəsinə keçid etməyiniz xahiş edilir.