logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 352 min nəfərə çatır

17:37 16-06-2022 | icon 3535
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 352 min nəfərə çatır

Azərbaycanda son sutkada 23 nəfər vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 4, ikinci doza vaksinləri vurulmayıb.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 18-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 1 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 748 483, birinci doza peyvəndlərin ümumi sayı 5 351 549, ikinci doza vaksinlərin sayı 4 851 520 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 297 682, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 732 olub.