logo

Zaqatalada 3 gündür itkin düşən Hindistan vətəndaşının axtarışları davam edir

14:24 16-06-2022 | icon 1610
Zaqatalada 3 gündür itkin düşən Hindistan vətəndaşının axtarışları davam edir

Mayın 13-də Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları davam etdirilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin(FHN) mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri görülür. Bu tədbirlər FHN-in Mülki müdafiə qoşunları və Şimal-Qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.