logo

Rusiyanın işğalı nəticəsində  Ukraynada 275 uşaq həlak olub, 451-i yaralanıb

21:22 15-06-2022 | icon 2177
Rusiyanın işğalı nəticəsində  Ukraynada 275 uşaq həlak olub, 451-i yaralanıb

“Ukraynada müharibənin ən böyük qurbanları uşaqlardır. Öldürülən və yaralanan uşaqların statistikası hər keçən gün artır”.

YeniAvropa xəbər verir ki,  bunu UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan jurnalistlərə açıqlamasında deyib.

Əfşan Xan bildirib ki, ərazilərdə partlayıcı silahlardan istifadə və mülki infrastruktura hücumlar dayandırılmazsa, vəziyyət daha da ağırlaşacaq:

“Müharibə başlayan gündən Ukraynada 275 uşaq həlak olub, 451 uşaq isə ağır partlayıcı maddələrdən yaralanıb. Bu rəqəmlər Ukraynadakı vəziyyətin uşaq hüquqları böhranı olduğunu göstərir. Uşaqlar evlərini, dostlarını, oyuncaqlarını, ailə üzvlərini itirməklə yanaşı, öz gələcəkləri ilə bağlı qeyri-müəyyənliklə üz-üzədilər. Ukraynada uşaqlar fiziki olaraq şikəst edilib və psixoloji olaraq ağır zədə alıblar”.

UNICEF-in artıq 25 ildir Ukraynada fəaliyyət göstədiyini deyən Əfşan Xan bildirib ki, beynəlxalq təşkilat təmas xəttinə ən yaxın olan, ölkənin şərqində yerləşən missiyasını işə salıb və cəbhə xəttinə ən yaxın sığınacaqlarda olan ailələrə maneəsiz humanitar çıxışı təmin etmək üçün intensiv çalışır.