logo

Azərbaycanın minifutbol yığması dünya çempionatına vəsiqə qazanıb

20:50 15-06-2022 | icon 2695
Azərbaycanın minifutbol yığması dünya çempionatına vəsiqə qazanıb

Minifutbol üzrə Azərbaycan millisi komandası dünya çempionatına vəsiqə qazanıb.

YeniAvropa xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Elşad Quliyev açıqlama verib.

Mütəxəssis ilk dəfə mundialda çıxış edəcəklərini bildirib: "Avropa çempionatında 1/4 finala çıxan komandalar dünya çempionatına vəsiqə əldə edirlər. Mundialda Avropa ölkələrinə cəmi 8 yer verilir. Onlardan biri bizik. Çox sevincliyik".

O, dünya çempionatının 2023-cü ilin yanvarında və ya avqustunda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini söyləyib: "Qarşıdakı 10 gün ərzində yekun qərar veriləcək. Dünya çemionatına hazırlaşacağıq. Cənab Prezident də dedi ki, uğurlu çıxışı dayandırmaq olmaz. Bildirdi ki, Azərbaycan xalqı sizdən daha böyük qələbələr gözləyir".