logo

IX Qlobal Bakı Forumunda 50-dən çox ölkədən 400-dək nümayəndə iştirak edəcək

17:57 15-06-2022 | icon 707
IX Qlobal Bakı Forumunda 50-dən çox ölkədən 400-dək nümayəndə iştirak edəcək

IX Qlobal Bakı Forumunda qlobal gündəlikdə olan məsələlər müzakirə ediləcək.

 YeniAvropa xəbər verir ki, bunu iyunun 15-də IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.

Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüklərini bildirən İsmail Serageldin deyib ki, Azərbaycan prezidenti IX Qlobal Bakı Forumunda aparılacaq müzakirələr nəticəsində qlobal gündəlikdə olan məsələlərlə bağlı faydalı təkliflərin irəli sürüləcəyinə inanır.

Forumda 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, sabiq dövlət və hökumət başçılarının, gənc liderlərin iştirak etdiyini nəzərə çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri pandemiya ilə əlaqədar Forumun ənənəvi olaraq keçirildiyi zamanda dəyişiklik olduğunu, növbəti Forumun gələn il martın ortalarında baş tutacağına inandığını söyləyib.