logo

Şimal və qərb rayonlarında daha bir neçə gün hava yağmurlu olacaq

17:37 15-06-2022 | icon 1540
Şimal və qərb rayonlarında daha bir neçə gün hava yağmurlu olacaq

İyunun ikinci ongünlüyünun sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.

 YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 metr/saniyə olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.