logo

Azərbaycanla Türkiyədə bu il 20-dən çox birgə hərbi təlimin keçirəcək

17:07 15-06-2022 | icon 812
Azərbaycanla Türkiyədə bu il 20-dən çox birgə hərbi təlimin keçirəcək

"Bu il ərzində həm Azərbaycan, həm də Türkiyədə 20-dən çox birgə təlimin keçirilməsi planlaşdırılıb. Artıq bunların bir neçəsi icra edilib".

YeniAvropa xəbər verir ki, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O bildirib ki, belə təlimlərin hərbi əməkdaşlıq və xalqlarımız arasındakı qardaşlığın gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti var.