logo

Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxdu

16:56 15-06-2022 | icon 3178
Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,son sutka ərzində ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 919 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 115 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 89 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 826, bu günə qədər isə ümumilikdə 6 929 541 test icra olunub.