logo

UEFA Konfrans Liqası: “Neftçi”, “Zirə” və “Qəbələ”nin rəqibləri bəlli oldu

15:55 15-06-2022 | icon 2156
UEFA Konfrans Liqası: “Neftçi”, “Zirə” və “Qəbələ”nin rəqibləri bəlli oldu

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Neftçi”, “Zirə” və “Qəbələ”nin də rəqibləri bəlli olub.

Püşkatma zamanı “Neftçi” səpələnmiş, digər iki komanda səpələnməmişlər səbətində yer alıb.

Püşkə əsasən, "Neftçi" Kiprin "Aris", "Zirə" İsrailin "Makkabi Təl-Əviv", "Qəbələ" isə Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin oyunları iyulun 21-28-də keçiriləcək.