logo

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”i ilə qarşılaşacaq

15:30 15-06-2022 | icon 1946
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”i ilə qarşılaşacaq

Ağdamın "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

YeniAvropa xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun komandası birinci təsnifat mərhələsində Polşanın "Lex" komandasını keçəcəyi təqdirdə növbəti raundda İsveçrə “Sürix”i ilə görüşəcək.

Püşkə əsasən, Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.