logo

Aşqabadda Xəzəryanı dövlətlərin başçılarının sammiti keçiriləcək

14:54 15-06-2022 | icon 9387
Aşqabadda Xəzəryanı dövlətlərin başçılarının sammiti keçiriləcək

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov prezident İbrahim Rəisinin dəvəti ilə İrana rəsmi səfərə gəlib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, prezidentlərin görüşündən sonra İran ilə Türkmənistan arasında ticarət, tranzit, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq haqqında 9 sənəd imzalanıb.

Prezidentlərin keçirdikləri birgə mətbuat konfransında İbrahim Rəisi nəzərə çatdırıb ki, hər iki ölkənin daha geniş əlaqələr qurması üçün böyük potensialları var və bundan istifadə edərək müxtəlif sahələr üzrə əlaqələri daha da genişləndirmək lazımdır.

Sərdar Berdiməhəmmədov isə qeyd edib ki, Türkmənistanın xarici siyasətində İrana xüsusi diqqət ayrılır. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq edirlər. Rəsmi Aşqabad İran ilə münasibətlərin inkişafı üçün lazım olan addımları atacaq.

S.Berdiməhəmmədov İranlı həmkarını cari ilin ikinci yarısında Xəzəryanı dövlətlərin başçılarının Aşqabadda keçiriləcək sammitinə dəvət edib.