logo

Mövlud Çavuşoğlu Şuşa Bəyannaməsinin ildönümünü təbrik edib

13:33 15-06-2022 | icon 1638
Mövlud Çavuşoğlu Şuşa Bəyannaməsinin ildönümünü təbrik edib

Can Azərbaycanla müttəfiqliyimizi qüvvətləndirən Şuşa Bəyannaməsinin ildönümü mübarək olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

YeniAvropa xəbər verir ki, bu fikirlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun "Twitter" hesabında etdiyi paylaşımında yer alıb.

Nazir Mövlud Çavuşoğlu təbrik paylaşımında ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamı və qoşa dalğalanan bayraqlarımızla bayram təbrikini tərənnüm edib.

Türkiyənin Xarici İşlər Nazirliyinin eyni məzmunlu bayram təbrikli paylaşımında da əminliklə vurğulanır ki, 2021-ci il iyunun 15-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi müttəfiqliyimizi daha güclü əsaslarda təmin edib.

file.-0-03-1