Qarabağ Zəfəri Türk dünyasında yeni mərhələnin başlanğıcıdır-Binəli Yıldırım
Otuz il davam edən işğal sona çatıb, qədim Şuşa işğaldan azad olunub. Bu il birinci ildönümünü qəbul etdiyimiz, 2021-ci ildə ölkələrimiz arasında imzalan Şuşa Bəyannaməsi Türk dünyasında birlikdə iş görmənin önünü açan genişmiqyaslı bir sənəddir.
YeniAvropa xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırım Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında söyləyib.
O, iki ölkə arasındakı əlaqələrin maraq üzərində qurulmadığını, bunun qardaşlıq, dostluq əlaqələri olduğunu qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə ölkələrimiz arasındakı əlaqələri ən gözəl şəkildə ifadə ediblər.
“İndiyədək Azərbaycan-Ermənistan münaqişəsinə həll tapmaq istəyənlər problemin həlli deyil, səbəbi olmağa davam etdilər. Minsk qrupu münaqişənin diplomatik yollarla həll ediləcəyini desə də, Ermənistan tərəfinin təzyiqi ilə bu problemin həllinin uzadılmasına şərait yaratdılar”, - deyə B.Yıldırım qeyd edib.
O diqqətə çatdırıb ki, bu işin diplomatik yolla həll olunmayacağını görən Azərbaycan prezidenti İlham Əliyevin əks-hücum əmri ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayıb. Müharibədən bir neçə gün əvvəl Azərbaycana səfər etdiyini deyən Binəli Yıldırım Azərbaycanın haqq yolunda olduğunu, Türkiyənin daim Azərbaycanın yanında dayandığını söyləyib.
“Qarabağ Zəfəri, eyni zamanda, Qafqaz regionunda və Türk dünyasında yeni mərhələnin başlanğıcıdır. Türk Dövlətləri Təşkilatı olaraq tarixi İstanbul zirvəsində “Türk Dünyası 2040” vizyonu qəbul edilib. Bununla da, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin arasında nəqliyyat, iqtisadiyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə çatışmazlıqların tamamlanması qəbul olunub”, - deyə B.Yıldırım bildirib.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq